Yay aylarında xüsusən də qadınlar çəki atmaq və sellülitlərdən canını qurtarmaq kompleksi yaşayır. Pəhriz, idmanla yanaşı bu yay meyvələrini yeyərək, yağ yanmasını sürətləndirə, sellülitlərinizdən xilas ola bilərsiniz.
Milli.Az lent.az-a istinadən arıqladan 11 yay meyvəsini təqdim edir.
Qarpız - Bol su tərkibi ilə sellülitin əsas düşmənlərindəndir, ancaq qarpızın qəbul miqdarına diqqət etmək lazımdır.
Manqo - tərkibindəki bol C vitamini sayəsində yağ yandırmağa yardım edən yay meyvələri sırasında xüsusi yeri var.
Çiyələk - həm C vitamini və antioksidanlar baxımından zəngin, həm də arıqladan meyvələr qrupu sırasındadır.
Gilas - sidik qovucudur. Tərkibindəki antosiyan sayəsində ağrılara qarşı təsirlidir. Araşdırmaçıların apardığı müşahidələr nəticəsində 20 ədəd gilas bir aspirinlə eyni olub, tərkibindəki antosiyan maddəsi E və C vitaminlərə bənzər antioksidan təsir göstərir.
Şaftalı - Həzmi asanlaşdıran və maddələr mübadiləsini sürətləndirən təsiri var. Çox yaxşı sidik qovucudur. C, A və B3 vitamini, potasium və fol turşusu ilə zəngindir.
Alma - arıqlamaq üçün yaşıl alma ən yaxşı seçimdir. Tərkibindəki vitaminlər və bitki mənşəli fermentlər sayəsində yağ yandırıcı özəlliyə sahibdir.
Ərik - tərkibindəki bol mineral və zəngin vitaminlər arıqlamağa yardımçıdır. Sellülitin əngəllənməsinə yardım edir.
Əncir - tərkibindəki təbii şəkər, eyni zamanda tox tutan və iştaha kəsici bir faydası var.
Böyürtkən - 8-10 ədəd böyürtkən (100 qr) 58 kaloridir. Kalsium, dəmir, B1, B2 və C vitamini baxımından zəngindir. Yaxşı bir qəlyanaltı olaraq bu meyvə sellüliti əngəlləyir.
Qarağat - qırmızı meyvələr arasında ən çox lifə sahib olan meyvədir. Kalorisinin aşağı olmasına görə sellüliti əngəlləyir.
Alça - C, A, E vitamini, potasium, lif baxımından zəngindir. Yüksək antioksidan həcminə malik olan alçanın detoks xüsusiyyəti də var. Həzmi asanlaşdırır.
Milli.Az