Türkiyəli aktrisa Nil Keser ötən gecə bacısı ilə birlikdə gecə klubuna gedib. Onların əyləncəli gecəsi birlikdə tualetə girdiklərinə görə kabusa dönüb. Belə ki, eyni tualetə girən ikili digər müştərilər tərəfindən mühafizəçilərə şikayət edilib. Nəticədə aktrisa, bacısı və mühafizəçi arasında mübahisə yaranıb. Özünü idarə edə bilməyən təhlükəsizlik işçisi aktrisaya şillə vurub.
Buna əsəbləşən aktrisa: "Bu yaşıma qədər mənə heç atam şillə vurmayıb. Siz kimsiz mənə vurursuz? Biz içəridə pis şey etmirdik", - deyə çığıraraq polis çağırıb. Polis çağıran ikili şikayət etmək fikrindən daşınaraq məkandan üzlərini gizlədərək ayrılıblar.
Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.
Milli.Az