Aygün Kazımova növbəti konsertində də ənənəsinə sadiq qalacaq

27 May 2016 15:56

Hər konsertindən sonra xeyli söz-söhbət yaratmağı bacaran xalq artisti Aygün Kazımova növbəti konsertində də ənənəsinə sadiq qalacaq. Nabranda "El Faro" istirahət mərkəzində möhtəşəm performans göstərməyə hazırlaşan Kazımovanın məşq prosesləri dayanmadan davam edir. İfaçı səhnədə həm geyim tərzi, həm saç düzümü həm də şousu ilə gələn qonaqlar üçün yayın ən yadda qalan konsertini verəcəyinə çox iddialıdır. Bu yaxınlarda Türkiyədən yeni imici ilə qayıdan peşəkar müğənnini səhnədə 10 peşəkar rəqqas tək buraxmayacaq. Xalq artisti reallaşacaq konsert haqda Milli.Az-a danışdı:

"Sürpriz qonağım olacaq. Gözlənilməz ifa, gözlənilməz bir şou görəcək tamaşaçılar. Yəni belə deyim ki, sadəcə, tamaşaçılar heç vaxt gözləməzdi ki, səhnədə belə bir nömrə olacaq. Yayın ilk möhtəşəm və yadda qalan şousu olacaq. Üstəlik, çoxdandır konsertimi gözləyənlər var, bu, onlar üçün də gözəl fürsətdir. Həm dincəlsinlər həm də əylənsinlər. Bir sözlə rəqqaslarla birlikdə iyunun 18-i Nabranı yerindən oynadacayıq".

Qeyd edək ki, iyunun 18-i baş tutacaq konsert yanlız Aygün Kazımova ilə yekunlaşmır. Konsertin digər məşhur qonağı isə DJ Roşkadır.

Milli.Az