Hüsnü Mübarəkin həbsi tələb olunur
8 Aprel 2011 18:23
Milli.Az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, kütlə sabiq prezident Hüsnü Mübarək və onun yaxın silahdaşlarının məhkəmə qarşısına çıxarılmasını tələb edir. Nümayişçilər Mübarəki ölkədəki hakimiyyət çevrilişi zamanı dinc insanları qətlə yetirməkdə təqsirləndirir.
Qeyd edək ki, sabiq prezidentin yeri dəqiq bilinmir. Ötən həftə onun səhhətində yaranmış problemlərlə əlaqədar Almaniyaya getdiyinə dair xəbərlər yayılmışdı.
Milli.Az