Yüksək rütbəli Pentaqon təmsilçisi Azərbaycana səfər edəcək

8 Aprel 2011 15:49
Gələn həftə Pentaqonun təhlükəsizlik sahəsində təhdidlərin azaldılması Agentliyinin direktoru Kennet Mayers Azərbaycana səfər edəcək.

APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza məlumat verib. Onun sözlərinə görə, səfərdə məqsəd Azərbaycanla ABŞ arasında təhlükəsizliyə qarşı təhdidlərin azaldılması sahəsində ikitərəfli münasibətləri müzakirə etməkdir.

Milli.Az