Siqaret əvəzinə şokolad qoxusu - FOTO

8 Aprel 2011 20:48
Milli.Az xəbər portalı "Lancet"ə istinadən bildirir ki, Almaniyada siqaret asılılığından qurtulmaq üçün yeni vasitəyə əl atılıb. "TgCom Rouven" şirkəti şokolad çöplərin istehsalına başlayıb. Siqaret çəkən və bu zərərli vərdişə son qoymağa çalışanlar "təb"i gələndə bu çöpləri ağızlarına alıb siqaret təki sümürə bilərlər. Həmin çöplər tütün tüstüsü əvəzinə, şokolad qoxusu buraxırlar.

"Chococaps" adlanan bu çöplər artıq satışdadır.
Onların tərkibində quarana, passiflora ekstraktı, kofein və fenilananin kimi insan səhhətinə zərərsiz maddələr var.

Milli.Az