Milli.Az xəbər portalı "El Globo"ya istinadən bildirir ki, Daniella Martin həşərat yeməyi çox sevir. O, həşəratlardan hazırlanmış təamların dadına 10 il əvvəl, arxeoloji ekspedisiyanın heyətində Meksikada çalışarkən tanış olub. Ohaka ştatında qurudulmuş çəyirtkə qızartması isə onun lap xoşuna gəlmişdi.
"Onlar çəyirtkəni layma, istiot və limonla qızardıb yeyirdilər. Ümumiyyətlə isə, dünya xalqlarının 80 faizinin mətbəxində həşəratdan bişmiş yeməklər var. Cənub-Şərqi Asiya və Afrika ölkələrində həşərat təamları daha geniş yayılıb", - amerikalı Martin deyib.
O, həşəratların bol protein və zülal mənbəyi olduğunu vurğulayıb. Onun sözlərinə görə, ən çox sevdiyi yemək hisə verilmiş çəyirtkə və qarğıdalı ununda bişirilmiş əqrəblərdir: "Nə edim, əqrəb yeməkdən həzz alıram".