İranlı mühacir və siyasi qaçqın Hollandiyanın paytaxtı Amsterdamda özünü yandırıb. Hollandiya polisinin məlumatına görə, özünə sui-qəsd edən 36 yaşlı iranlı xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib. Adı açıqlanmayan şəxsin siyasi sığınacaqla bağlı müraciətinə Hollandiya rəsmi dairələri tərəfindən rədd cavabı verilib və onu deportasiya təhlükəsi gözləyirmiş.
İranlının bu səbəbdən intihar etdiyi ehtimal olunsa da, polis hadisənin səbəblərini araşdırır.