Hind porno ulduzun kitabı çıxdı - FOTO

26 May 2016 22:03

"Hindistanın ən çox arzulanan qadının ehtiraslı hekayələri" - smartfonda bu sözlərlə açılan reklam çarxının qəhrəmanı al-qırmızı don geymiş gülərüz qadındır.
Həkayələr kitabının müəllifi - keçmiş porno ulduz, hazırda isə Bollywood aktrisası Karenjit Kaurdur.
Milli.Az BBC-yə istinadən bildirir ki, ABŞ porno sənayesində aktrisa Sunny Leone adı ilə tanınıb.
Aprel ayında Dehlidə Juggernaut nəşriyyatında Sunny Leone-nin "Şirin xəyallar" adlı 12 erotik hekayədən ibarət kitabı işıq üzü görüb.
Hindistanda ilk dəfə olaraq, kitab smartfonlar üçün uyğun formatda nəşr olunub.
Hekayələrin mövzuları müxtəlifdir - birində New York-a gəlmiş hindistanlı kompüter proqramçısı şəhvətli ehtirasını hindistanlı striptzçi qadınla soyudur, digərində mərhum ərinə sadiq qalan arvad onun kabusu ilə sekslə məşğul olur.
"Kitabın qaralama variantını 4 aya yazdım.


Sunny Leone Kanadada, bura Pəncabdan gəlmiş sikh mühacir ailəsində böyüyüb başa çatıb.
Onun oxuduği ilk erotik əsər "Bozun əli çaları" kitabı olub.
Hindistanlı yazıçı və ekspertlərə görə, Leonenin yazdığı erotik kitab bazara çox münasib vaxtda çıxıb.
"Hindistanda erotik ədəbiyyata olduqca böyük tələbat var, baxmayaraq ki, cəmiyyət mənəviyyata köklənən həyat tərzini alqışlayır", erotik əsərlər müəllifi Anant Padmanabxan deyir.
Juggernaut nəşriyyatının direktoru Çiki Sarkar isə qeyd edir ki, "erotika - bütün dünyada elektron kitabların aparıcı janrı sayılır".
Sunny Leone-nin Hindistanın sosial şəbəkələrində də böyük sayda pərəstişkarları var.
"Onun Facebook, Twitter və Instagram-da 22 milyona yaxın izləyicisi var, onların böyük bir qismi qadındır", Sarkar deyir.
Televiziya tamaşaçıları Leone-ni ilk dəfə 2011-ci ildə Big Boss adlı realiti şou verilişində görüblər.
Leone 18 yaşında Kanadada təhsili atıb porno sahəsində işləmək üçün ABŞ-a köçüb.
Bu sahədə karyerasına o, əvvəlcə erotik model kimi başlayaraq, yolunu porno filmlərə çəkilməklə davam edib.
"Mənim ünvanıma nələr demirdilər", o zaman pornofilmlərə çəkildiyi üçün tənqid edildiyini yada salan aktrisa deyir.
Lakin Big Boss şousuna qoşulduqdan sonra aktrisanın populyarlığı Hindistanda sürətlə artmağa başlayıb.


O, Hindistanda 15 filmə çəkilib - erotik və dəhşət lentlərindən tutmuş komediyalaradək.
"Mən riski və hər şeyin dadına baxmağı sevənəm", Sunny Leone deyir.
Onun artan populyarlığı mənəviyyat qoruyucularını qıcıqlandırır. Onlar onun Hindistandan xaric edilməsini tələb edirlər.
Lakin onun artan populyarlığı Hindistanda adət-ənənə və mənəviyyatı qoruyanları qıcıqlandırır.
Yanvar ayında jurnalistlərdən biri aktrisaya onun keçmişi barədə çətin sullar verəndə, Leone həmin suallara təmkinlə, özünə layiq olan tərzdə cavab verə bildi və bununla da, sosial şəbəkələrdə çoxsaylı tərif dalğası qazandı.
Bu yaxınlarda Sunny Leone Bollywood ulduzu Şah Ruh Xanla birgə onun "Rəis" adlı yeni filmi üçün mahnı yazdırıb.
Porno ulduz "Lust by Sunny Leone" (Sunny Leone şəhvəti) markası altında ətir istehsalına başlamaq niyyətindədir.
"O, keçmişdəki hərəkətlərindən utanmayan güclü qadın şəxsiyyətinin ən yaxşı nümunəsidir", Çiki Sarkar deyir.
Milli.Az