Türkiyəli millət vəkilləri vidalaşdılar – FOTO

8 Aprel 2011 14:16
Türkiyə Böyük Millət Məclisində 23-cü çağırış başa çatıb. Son iclasdan sonra iqtidar partiyasından olan millət vəkilləri müxalifətçilərin sırasında Milliyyətçi Hərəkat (MHP) və Cümhuriyyət Xalq (CHP) partiyalarından olan millət vəkillərinin yanına gediblər. Millət vəkilləri bir-biriləri ilə mehribanlıqla sağollaşıblar. Sonra TBMM-in iqtidarlı-müxalifətli bütün üzvləri birlikdə foto çəkdiriblər. Onlar cib telefonları ilə bir-birilərinin də fotolarını çəkiblər.

Milli.Az