Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın olub, xəsarət alan var

8 Aprel 2011 13:29
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib. Hadisə bu gün saat 11.00 radələrində Tbilisi prospekti, 86 ünvanında qeydə alınıb. 16 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə meydana gələn yanğın nəticəsində 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı tezliklə alınıb.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

Milli.Az