Maşın qadının həyatına son qoydu

8 Aprel 2011 13:51
Milli.Az Daxili İşlər Nazirliyinin saytına isrtinadən xəbər verir ki, avtoqəza aprelin 7-də saat 20:00 radələrində rayonun Xanlıqlar kəndinin ərazisində qeydə alınıb.

Rayon sakini Emin Mustafayev idarə etdiyi "Ford" markalı avtomobillə kənd sakini Gülnarə Məmmədovanı vurub. Nəticədə G.Məmmədova aldığı xəsarətdən hadisə yerində ölüb. Qəza zamanı "Ford"da olan Qazax rayon sakini İbrahim Bağırov da yüngül xəsarətlər alıb. Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı Qazax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az