Bakıda 2 uşaq anası müalicəsi üçün verilən dərmanla özünü öldürdü

8 Aprel 2011 13:03
Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, 51 yaşlı Nərminə Mirzəyeva dərman içərək özünü zəhərləyib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadın orada dünyasını dəyişib.

1 saylı Şəhər Xəstəxanasının toksikologiya şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, N.Mirzəyeva aprelin 5-də dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, xəstəxanaya gətirilərkən koma vəziyyətində olub. Xəstə şöbəyə daxil olan vaxt zəhərlənməsindən 6-8 saat keçibmiş.

Mərhum nevrologiyadan müalicə olunurmuş. Özünü zəhərlədiyi dərman da məhz onun müalicəsi üçün həkim tərəfindən məsləhət görülmüş dərmanlar olub. Faktla bağlı cinayət işi başlanıb.
Mərhum N.Mirzəyeva 2 uşaq anası olub.

Anar Məmmədov
Milli.Az