"Toyota" "Jiquli" ilə toqquşdu: 1 ölü, 2 yaralı

8 Aprel 2011 12:52
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, rayonun Qaradağlı kəndi ərazisində kənd sakini Vüsal Orucovun idarə etdiyi "VAZ-21011" markalı avtomobil qarşı tərəfdən gələn Yolqulular kənd sakini Elyar Allahverdiyevin idarə etdiyi "Toyota-Camry" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Ağır xəsarət alan V.Orucov xəstəxanaya aparılarkən yolda ölüb. E.Allahverdiyev və sərnişini olan Qaradağlı kənd sakini Elgün Quliyev isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az