Eldar və Nigar duetinin klipi hazırdır – VİDEO–FOTO

8 Aprel 2011 12:25
Milli.Az xəbər portalının məlumatına görə, "Running Scared" mahnısına çəkilən klip aprelin 11-də rəsmi olaraq, tamaşaçılara təqdim olunacaq. İki gənc sevgilinin obrazını yaradan Eldar və Nigar klip çəkilişlərindən məmnun qaldıqlarını bildiriblər.

Qeyd edək ki, "Running Scared" klipinin rejissoru Tallindən olan Tarmo Krimdir.

Eldar və Nigar mayın 10-da keçiriləcək birinci yarımfinalda 18 nömrə altında çıxış edəcəklər. İkinci yarımfinal mayın 12-də keçiriləcək. Final isə mayın 14-də olacaq.

Leyla
Milli.Az