23 yaşlı gənc özünü öldürdü

8 Aprel 2011 11:18
İmişli rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Hacalmuradlı kənd sakini 23 yaşlı Şəmistan Abbasov özünü qonşusuna məxsus yarımçıq tikilidə asıb. Mərhumun meyiti aprelin 7-də saat 20:30 radələrində qonşusu Elyaz Məhəmmədovun yarımçıq tikilisində asılmış vəziyyətdə aşkarlanıb.
Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum olmasa da, onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az