AZAL stüardessa yığır
8 Aprel 2011 10:47
"Azərbaycan Hava Yolları" QSC (AZAL) təyyarə bələdçisi işləmək istəyən qızlar üçün müsabiqə keçirəcək. AZAL-dan APA-ya verilən məlumata görə, təyyarə bələdçisi işləmək üçün zahiri görünüşü və boyu ilə seçilən, yaşı 25-dək olan qızlar müsabiqəyə (kastinq) dəvətlidir: "Müsabiqədə iştirak etmək istəyən qızlar ingilis və fransız dillərindən birini mütləq bilməlidir. Azərbaycan və rus dillərini bilmək, əlbəttə, zəruridir".
İddiaçı qızlar müsabiqəyə sənədlərini aprelin 11-dən may ayının 1-dək təqdim etməlidir. Müsabiqə mayın 1-dən mayın 10-dək Heydər Əliyev Beynəlxalq Aeroportunda keçiriləcək.
Milli.Az