Braziliyada matəm elan olundu
8 Aprel 2011 10:32
Milli.Az xəbər portalının vesti.ru saytına istinadən verdiyi məlumata görə, buna səbəb Rio-de-Janeyrodakı orta məktəblərdən birində baş vermiş qətliamdır. Xatırladaq ki, silahlı şəxs məktəbə daxil olaraq qarşısına keçənləri güllələyib. Nəticədə 11 məktəbli həlak olub, daha 13 nəfər yaralanıb.
Məlum olub ki, məktəbliləri güllələyən şəxs həmin məktəbin məzunu olmuş 23 yaşlı Menezis-di-Oliveyradır. Polisin yaraladığı qatil özünü güllələyərək intihar edib. Onun psixi problemlərinin olduğu güman edilir.
Milli.Az