Cıdırda xanımlar atları kölgədə qoydu - FOTO

9 Aprel 2011 05:29
Milli.Az xəbər portalı "Mail Online"a istinadən bildirir ki, hər il Böyük Britaniyanın Liverpul şəhərində keçirilən "Aintree" cıdırı bu dəfə də qlamur, dəb və ambisiya yarışmasına çevrilib.
Cıdıra özlərini və paltarlarını göstərmək üçün gələn xanımlar "Kimin libası daha gözəl, daha açıq-saçıq və daha ambisiyalarıdır?!" sualına cavab verirmiş təki müxtəlif stil, forma, rəng və üslubdakı geyimlərlə bir-birlərinə meydan oxuyublar.

Üçgünlük "Aintree Racecourse" cıdırının baş meneceri Emma Ouenin dediyinə görə, britaniyalı xanımlar bu dəfə də çox ambisiyalı təsir baışlayıblar.

"Deyəsən, onlar dünya modasının mərkəzinin bu dəfə Liverpul olduğunu göstərmək istəyirlər", - Ouen deyib.

Milli.Az