Küçələrə su səpmişəm... - VİDEO-FOTO

8 Aprel 2011 12:37
Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, "Afrodita" konsertlər turu çərçivəsində Londondakı "O2 Arena"da yeni şoular göstərən məşhur müğənni Kayli Minouq deyəsən, depressiyadan qurtulub.

Xərçəng xəstəliyini müalicə etdirmiş avstraliyalı müğənninin dediyinə görə, indi özünü əla hiss edir və problemlərin də öhdəsindən gəlib.

London küçələrini piyada dolaşan müğənni baharın ilıq havasından həzz almaq istədiyini deyib.
"Maşında gəzməkdən bezdim. Küçədə gəzişmək, Günəşdən həzz almaq istədim. Düşünürəm ki, axşam konsertinə hazırlaşmaq üçün bundan yaxşı heç nə ola bilməz",  - Minouq deyib.

Fevralda Danimarkada başlanmış "Afrodita" konsertlər turu iyunun 22-də Avstraliyanın Pet şəhərində başa çatacaq.
Aprelin 23-də isə Minouqun Yaponiyada konserti olacaq.

Milli.Az