«Öldürülmüş» Doku Umarov danışdı

8 Aprel 2011 10:06
Milli.Az xəbər portalının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, radio əməkdaşına özünü Doku Umarov kimi təqdim edən şəxs bir neçə gün əvvəl İnquşetiyada federal qüvvələr tərəfindən həyata keçirilmiş əməliyyat nəticəsində öldürüldüyünə dair xəbərlərin yalan olduğunu söyləyib. "Tam sağlam" olduğunu deyən Umarov diabet və sair xəstəliklərdən əziyyət çəkdiyinə dair xəbərləri də təkzib edib. "Səhhətimdən şikayətim yoxdur. Rusların sadaladığı xəstəliklərdən xəbərim yoxdur", - deyə o, qeyd edib.

Milli.Az