Narkotacirləri "gözəgörünməz" gəmi vuracaq - FOTO

8 Aprel 2011 20:07
Milli.Az xəbər portalı "USA Today"a istinadən bildirir ki, ABŞ-ın Müdafiə Nazirliyinin sifarişi ilə hazırlanan və 8 milyon dollara başa gələn "M80 Stiletto" adlı kiçik gəmi Sahil-Mühafizə Xidməti üçün nəzərdə tutulub.

Karbon materiallardan hazırlanmış gəmi suda 60 km/saat sürətlə  hərəkət edir.

Ondan əsasən Birləşmiş Ştatların ərazi sularına motorlu qayıq və kiçik gəmilərlə soxulan narkotik qaçaqmalçılarına qarşı istifadə etmək nəzərdə tutulub.
45 ton sututumu olan  30 metr uzunluqlu cəmi 6500 at gücünə malik mühərriklərlə təchiz edilib.

Milli.Az