Astanada prezident Nazarbayev andiçmə mərasimi olacaq

8 Aprel 2011 09:52
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, paytaxtı Astanada keçiriləcək andiçmə mərasimdən sonra nazirlər kabinetinin iclası keçiriləcək. Qazaxıstan Respublikasının qanunvericiliyinə görə prezident öz vəzifəsinin icrasına başlayandan sonra hökumət istefa verməlidir.

Xatırladaq ki, Nazarbayev 3 aprel seçkilərində səslərin 95 faizini qazanaraq prezident seçilib

Bu Nazarbayevin dördüncü prezidentlik müddəti olacaq. Birinci dəfə o 1991-ci ildə seçilib.

Milli.Az