Həbsdəki jurnalistə mükafat verildi

8 Aprel 2011 09:45
Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, İranda 2009-cu ildə prezident seçkilərindən sonra müxalifət hərəkatında iştirakına görə həbs edilmiş jurnalist Əhməd Zeydəbadi UNESCO-nun dünyada mətbuat azadlığı mükafatına layiq görülüb. Təşkilatın seçmə komisiyasının prezidenti Dayana Zenqorun verdiyi bəyanatda Zeydabadinin  müstəsna şücaəti və ifadə azadlığına sədaqətinə yüksək qiymət verilir.

İranın "Azad" qəzetinin keçmiş baş redaktoru və tələbə müxalifətin keçmiş lideri olan Zeydabadi həbsxanada altı il həbs cəzası çəkir. O, 2009-cu ilin avqustunda müxalifət fəallarının məhkəmə prosesi keçirilən zaman həbs cəzası almışdı. UNESCO onun azad edilməsi haqda müraciətlə çıxış etmişdi.

Milli.Az