Görkəmli Azərbaycan alimi, akademik Arif Paşayevə daha bir yüksək beynəlxalq ad verilib
7 Aprel 2011 17:27
Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mircəlal oğlu Paşayevə A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının fəxri doktoru adı verilib. Bunu AzərTAc-a Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm, Mədəniyyət və İdman Mərkəzinin sədri Oleq Krapivin deyib. Onun sözlərinə görə, 0107 nömrəli diplomu Elmi Şuranın rəhbəri, Ukraynanın bu mötəbər ali məktəbinin rektoru Pyotr Vorobiyenko imzalayıb.
Milli.Az