Fahişəxana açan qadınlar tutuldu

7 Aprel 2011 16:55
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, onlar Ağdam rayon sakini Afət Qəhrəmanova və Bakı şəhər sakini Zeynəb Bəkiyevadır.

Hər iki qadın DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar. Onlar gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb ediblər.

Milli.Az