Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Azərbaycan üzrə nümayəndəsi Bakıya gələcək
7 Aprel 2011 19:10
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Aprelin 11-də başlayacaq və beş gün davam edəcək səfərdə məqsəd AEBA-nın Azərbaycanla birgə icra etdiyi 6 layihənin icrası ilə maraqlanmaqdır.
Səfər çərçivəsində A. Çupovun AMEA-da, Fövqəladə Hallar Nazirliyində, Ekologiya və Təbii Ehtiyatlar Nazirliyində, Səhiyyə Nazirliyində və Onkologiya Mərkəzində görüşləri nəzərə tutulur.
Milli.Az