Milli.Az xəbər portalı "USA Today"a istinadən bildirir ki, ABŞ-ın Luiziana ştatında yaşayan Lüis Qarret qadınların alt paltarlarından qobelenlər hazırlayır. Onun dediyinə görə, son "əsər"ində 58 qadın tumanından istifadə edib.
Belə sarsaq və əcaib "izhar" formasını nə üçün seçdiyini açıqlayanda isə Qarret deyib: "Burada nə var ki?! Sənət insanın özünüizhar vasitəsidir. Mən də əsərlərimi yaradanda belə düşünürəm".