"Barselona"dan "qızıl dubl" - VİDEO

23 May 2016 09:21

İspaniya kubokunda final oyunu keçirilib.

Milli.Az qol.az-a istinadən bildirir ki, həlledici oyunda "Barselona" və "Sevilya" üz-üzə gəlib.

Paytaxt Madriddə keçirilən qarşılaşma kataloniyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Luis Enrikenin komandası Kral kubokunu qazanaraq "qızıl dubl"a imza atıb. "Barsa" ümumilikdə 28 dəfə Kral kubokunu qazanıb.

Qeyd edək ki, "Barselona" bu mövsüm La Liqanın, "Sevilya" isə Avropa Liqasının qalibi olub.

Videonu izləmək üçün şəklə klikləyin:

22 may

İspaniya Kral kuboku

23:30. "Barselona" - "Sevilya" - 2:0
Qollar: Xordi Alba, 97, Neymar, 120+2
Qırımızı vərəqələr: Maskerano, 36 ("Barselona"), Baneqa, 90+2 ("Sevilya"), Karriko, 120+1 ("Sevilya")

Videonu izləmək üçün şəklə klikləyin:

Барселона 2:0 Севилья | Кубок Испании 2015/16 | Финал | Обзор матча

Milli.Az