Azərbaycanın müdafiə naziri Türkiyəyə rəsmi səfərə gedib
7 Aprel 2011 14:59
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Türkiyə milli müdafiə naziri Vəcdi Gönülün dəvəti ilə bu gün Ankaraya rəsmi səfərə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, səfər zamanı ikitərəfli hərbi əməkdaşlıq və regionda təhlükəsizlik məsələləri müzakirə ediləcək.
Səfər Əbiyevin Türkiyənin yüksək dövlət rəsmiləri ilə görüşləri də gözlənilir.
Milli.Az