İsraildə 2 sərnişin qatarı toqquşdu: 60-dək yaralı var
7 Aprel 2011 13:49
Milli.Az xəbər portalının RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, qəza zamanı 60-dək insan yaralanıb. Xoşbəxtlikdən qatarların hər ikisi aşağı sürətlə hərəkət edirmiş və bu, insan tələfatından qaçmağa kömək edib.
Hələlik 2 qatarın eyni yolda üz-üzə necə peyda olduğu məlum deyil. Qəzanın səbəbləri araşdırılır.
Milli.Az