Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib

7 Aprel 2011 13:03
Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Tovuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Rayon sakini Rövşən Məmmədov "QAZ-52" markalı avtomobili idarə edərkən onu aşırıb. Hadisə nəticəsində avtomobilin sərnişini Sahib Həsənov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobilin sürücüsü isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az