Siqaret, tərgitdikdən sonra da öldürür

7 Aprel 2011 19:18
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, alimlərin araşdırması siqaretin yaratdığı xəstəliklərin hətta onu tərgitdikdən 15-20 il sonra da üzə çıxa bildiyini göstərib.
Siqaret çəkən və ya nə vaxtsa çəkmiş qadınların süd vəzində xərçəngin yaranma ehtimalı heç zaman siqaret çəkməyənlərlə müqayisədə 9% artıqdır. Xüsusilə, qız uşağı hələ körpə vaxtı valideynlərinin siqaret çəkməsi nəticəsində tüstü udursa, gələcəkdə onda sözügedən xəstəliyin yaranma riski yüksəkdir.

Milli.Az