Erməni KİV: Xarici İşlər Nazirliyində kadr dəyişiklikləri olacaq
7 Aprel 2011 14:38
Milli.Az xəbər portalının "Çorrord inknişhanutyun" qəzetinə istinadən verdiyi məlumata görə, xarici işlər nazirinin müavini Karine Kazinyan Ermənistanın Böyük Britaniyadakı səfiri təyin ediləcək. Onun vəzifəsini isə Avropa Şurasındakı daimi nümayəndə Zoqrab Mnatsakanyan tutacaq.
Məlumata görə, bu dəyişiklik nazir Edvard Nalbandyanın ürəyincədir. Lakin o, Mnatsakanyanın yerinə kimi təyin edəcəyini hələ ki dəqiqləşdirə bilməyib. Bu posta nazirin köməkçisi Vaaqn Atabekyan əsas namizəd sayılır.
Milli.Az