Azərbaycanda əsgər 4-cü mərtəbədən yıxılaraq ölüb - YENİLƏNİB
7 Aprel 2011 15:52
Dövlət Sərhəd Xidməti Şəmkirdəki hərbi hissədə əsgərin ölümü ilə bağlı rəsmi məlumat yayıb. DSX-nin mətbuat xidmətindən Trend-ə
verilən məlumata görə, Xidmətin Şəmkir rayonundakı N saylı hərbi
hissəsində kiçik çavuş Qəmbərli Muxtar Qurbanəli oğlu hərbi hissənin
yataqxanasının 4-cü mərtəbəsindən yıxılıb. Əsgər hospitala
çatdırılmasına və müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, vəfat
edib.
Faktla bağlı Qazax rayon hərbi prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
----------
11:22
APA-nın məlumatına görə, hadisə Şəmkir Sərhəd Dəstəsində qeydə alınıb. Quba Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 1991-ci il təvəllüdlü Muxtar Qəmbərli əsgər yataqxanasının 4-cü mərtəbəsindən yıxılıb. Əsgər aldığı xəsarətdən dünyasını dəyişib.
Quba Rayon Hərbi Komissarlığından faktı təsdiqləyiblər. Bildirilib ki, əsgər bu gün doğulduğu kənddə dəfn olunacaq.
Faktla bağlı araşdırma aparılır.
DSX-nın mətbuat xidmətindən isə bildirilib ki, hadisə barədə onlarda məlumat yoxdur, araşdırma aparıldıqdan sonra açıqlama veriləcək.
Milli.Az