İstanbulda restoran yandı: 3 ölü

7 Aprel 2011 10:36
Milli.Az xəbər portalının "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, üçmərtəbəli binanın iki mərtəbəsində restoran, üçüncü mərtəbəsində isə eyni adama məxsus oyun salonu yerləşir. Yerli vaxtla gecə saat 03.30-da (Bakı vaxtı ilə 05.30) binanın üçüncü mərtəbəsində yanğın başlayıb. Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları təxminən bir saat ərzində alovun qarşısını alsalar da, üçüncü mərtəbə tamamilə yanıb.

Yanğınsöndürənlər üçüncü mərtəbədə üç nəfərin yanmış meyitini tapıblar. Məlum olub ki, yanğın nəticəsində ölənlər restoranın iki işçisi və onların yanına gələn dostları olub.

Milli.Az