İsrail hərbçiləri 100-dək fələstinli qadını həbs etdi
7 Aprel 2011 09:41
Milli.Az xəbər portalının MIGnews.com saytına istinadən verdiyi məlumata görə, SAXAL üzvləri 100-dək kənd sakinini həbs edib. Onların əksəriyyəti qadınlardır. Kənd sakinlərinin sözlərinə görə, evlərə soxulan israilli hərbçilər qadınları oradan çıxararaq naməlum istiqamətə aparıb.
Həbslərin təxminən 1 ay əvvəl İtamar yaşayış məntəqəsində 1 ailənin 5 üzvünün qətlilə bağlı olduğu bildirilir.
Milli.Az