Su qiymətinə kokain...

4 Mart 2010 12:33
"Daily Mail" qəzetinin yazdığına görə, bu, Britaniya parlamentinin aşağı palatasının daxili işlər komitəsinin açıqlamasında bildirilir. Sənəddə qeyd olunur ki, hazırda ölkədə 1 fincan kofe 2 funt, 1 bakal şərab və ya pivə isə 3,5 funtdan ucuz deyil. Bu isə 1 doza kokainin qiymətindən bahadır.

Açıqlamada bildirilir ki, paradoks ölkədə kokain qəbul edənlərin sayının son illər ərzində 5 dəfə artmasındadır: "Son 5 ildə bu narkotik maddənin pərakəndə satış qiyməti ucuzlaşıbsa, topdansatış qiyməti əksinə, xeyli artıb". Qurum bildirir ki, bu, narkotika alverçilərini çətin vəziyyətə salıb.

Milli.Az