Azərbaycanda Amerika təhsil yarmarkası açılacaq

6 Aprel 2011 19:55
Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, aprelin 7-də saat 15-dən 18-dək Bakı Təhsil Məlumat Mərkəzi  ABŞ Ali Təhsil qrupu ilə birgə Azərbaycan Dillər Universitetindəki Amerika Təhsil Mərkəzində Amerika Təhsil Yarmarkası keçirəcək. Yarmarkada Amerikanın 11 universiteti iştirak edəcək. Ziyarətçilər Amerikada təhsil almaq imkanları haqqında məlumat alacaq. Tələbələr və valideynlər Birləşmiş Ştatlardakı universitetlərin nümayəndələri ilə görüşəcək, maraqlandıqları suallarla onlara müraciət edə biləcək.

Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza bildirib ki, hazırda Amerikada 400 azərbaycanlı tələbə təhsil alır. "Amerika dünyanın ən güclü universitetlərinə malikdir və Azərbaycanlı tələbələr Amerikada təhsil almağa üstünlük verir. ABŞ-da təhsil alan azərbaycanlıların sayı ildən-ilə durmadan artır. Hər il Amerikada təhsil alan tələbələrin sayı 15 faiz artır", - o deyib.

Səfir həmçinin hazırda Amerikada 30 mindən çox Türkiyədən olan tələbənin təhsil aldığını vurğulayıb.

Milli.Az