20 il bağlı qapı arxasında qaldı

6 Aprel 2011 21:10
Milli.Az xəbər portalı "Star Online"a istinadən bildirir ki, Braziliyanın San-Paulo şəhərinin polisi tam 20 il bağlı qapı arxasında evdə qalmış 45 yaşlı qadını xilas edib.

Bəlli olub ki, qadının 60 yaşlı əri hər dəvə evdən çıxanda qapını açarla bağlayırmış. Açar isə yalnız bir dənə idi. Bundan başqa, evirn pəncərələri də bərk qapadılıbmış.

Evdə telefon və ya internet olmadığından, 25 yaşında ərə gedəndən sonra bağlı qapılar arxasında qalmış qadının ətraf aləmlə əlaqə yaratmaq, başına gətirilən faciə barədə heç bir xəbər vermək imkanı yoxdu.

Qadın təsadüfən, sosial təminat xidmətinin işçilərinin diqqətcilliyi sayəsində 20 illik həbsxanaya döndərilmiş evdən qurtulub. Sosial təminat işçiləri heç bir dövlət məmurunun içəri buraxılmadığı evin şübhəli olduğunu deyiblər.

Polirs gələndə ev sahibi olmasa da, içəridən "Kömək edin!" qışqırıqları gəlirdi.
Xəstəxanaya aparılmış qadın bəxtəvər olduğunu deyir.

Milli.Az