TQDK sınaq imtahanlarının nəticələrini açıqladı
6 Aprel 2011 18:22
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 3-də ali məktəbə qəbul olmağa hazırlaşan abituriyentlər üçün hazırlıq məqsədilə keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb. Komissiyadan APA-ya verilən məlumata görə, imtahanda 31 minə qədər abituriyent iştirak edib. İmtahan nəticələrini abituriyentlər TQDK-nın rəsmi internet saytına daxil olmaqla və "Azercell" "İmtahancell" xidməti vasitəsilə öyrənə bilərlər.
Növbəti sınaq imtahanları aprelin 10-da keçiriləcək.
Milli.Az