Gürcüstanda Dubay metrosunun analoqu yaradılacaq

6 Aprel 2011 18:10
Milli.Az xəbər portalının "Kommersant"a istinadən verdiyi məlumata görə, Gürcüstan Dəmir Yolu İdarəsi Dubay metrosunun analoqunun ölkədə yaradılması üzərində işləyir. Bununla bağlı memarlardan ibarət xüsusi qrupa artıq lazımi tapşırıqlar verilib.
Qeyd edək ki, Dubay metrosu dünyanın ən rahat, dəbdəbəli metrolarından sayılır.

Milli.Az