Ozon dəliyi rekord sürətlə böyüyür
6 Aprel 2011 21:48
Mill.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, Yeri insan səhhəti üçün çox zərərli ultrabənövşəyi şüalardan qoruyan ozon təbəqəsinin qalınlığı sürətlə azalır. Ozon qatının nazilməsi və dəliyin böyüməsi Arktika bölgəsində daha intensiv hal alıb.
Ümumdünya Metereoloji Təşkilatının yaydığı hesabatlda bildirilir ki, Arktikada yer səthindəki qurğular və səmadakı şar-zondlar, habelə kosmosdakı peyklər vasitəsilə aparılan müşahidələr göstərir ki, Arktika bölgəsi qışın əvvəlindən indiyədək ozon təbəqəsinin 40 faizini itirib.
Mütəxəssislərin fikrincə, ozon qatının rekord sürətlə azalaraq nazikləşməsi qlobal iqlim dəyişiklikləri ilə yanaşı, atmosferdəki zəhərli maddələr və tullantıların miqdarının çoxluğu ilə bağlıdır.
Milli.Az