Rusiya Şimali Afrikada hərbi əməliyyatlara qatılmayacaq – Prezident Medvedev

6 Aprel 2011 17:31
Rusiya prezidenti Dmitri Medvedev, Rusiyanın Şimali Afrikada vəziyyətin tənzimlənməsi istiqamətində keçirilən hərbi əməliyyatlara qatılmayacağını bəyan edib. Bu barədə Milli.Az xəbər portalı İTAR-TASS-a istinadən məlumat verir.

"Biz baş verən münaqişələrin hərbi müdaxilələr olmadan, sülh yolu ilə həllinin vacibliyinə inanırıq" - Medvedev deyib.

Rusiya prezidenti əlavə edib ki, onun ölkəsi BMT Təhlükəsizlik Şurasının əvvəlki qərarlarını yerinə yetirməyin tərəfdarıdır.

"İndiki şəraitdə, Rusiya istənilən halda, bu həssas regionda özünü hərbi əməliyyatlarda görmür" - o vurğulayıb.

Milli.Az