Ermənistan əhalisinin 1/3-i qan təzyiqindən əziyyət çəkir

6 Aprel 2011 19:50
Milli.Az xəbər portalının erməni KİV-nə istinadən verdiyi məlumata görə, bunu Yerevanın baş kardioloqu Parunak Zelveyan bildirib. "Daha məyusedici fakt odur ki, bu insanların 17-20%-i yaşı 30-dək olan gənclərdir", - deyə o, qeyd edib.
Baş kardioloq ermənilərin əziyyət çəkdiyi daha bir problemi açıqlayıb. Onun sözlərinə görə, Ermənistan əhalisinin 40%-ində artıq çəki problemi var.

Milli.Az