Gəncədə bürünc, Bayılda sonunculuq savaşı

19 May 2016 10:46

Sabah Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünə yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, çempionatın sonuncu - XXXVI turunun qarşılaşmaları eyni gündə keçiriləcək.

Qızıl və gümüş medalın taleyinə öncədən aydınlıq gəldiyindən son tur yalnız bürünc mükafatın sahibini müəyyənləşdirəcək. İlk "üçlük"də yer alacaq sonuncu komanda saat 17:00-da başlayacaq matçlarda bəlli olacaq.
 
"Bürünc" şansı olan 3 komandadan ikisi Gəncədə əyani duelə çıxacaq. "Qəbələ" son 2 matçda uduzduğu "Kəpəz"i səfərdə məğlub etməyə çalışacaq. Qonaqlar ardıcıl 3-cü dəfə mükafatçılar sırasına düşmək üçün mütləq qalib gəlməlidir. Qərblilərin isə uzun fasilədən sonra çempionatın mükafatını qazanması özlərindən asılı deyil. "Kəpəz" özü qalib gəlsə də, "İnter"in xal itirməsini gözləməlidir.
 
"Bankirlər" artıq 2-ci yeri təmin edən "Zirə" ilə üz-üzə gələcəklər. İndiyədək rəqibini məğlub edə bilməyən "İnter" mükafatçılar sırasına düşmək üçün qalib gəlməli və "Qəbələ"nin büdrəməsinə ümid etməlidir.
 
"Bayıl Arena"da baş tutacaq matç isə çempionatı sonuncu pillədə başa vuracaq komandanın adına aydınlıq gətirəcək. Lisenziya ala bilmədiyindən Premyer Liqadakı yerini itirəcəyi gözlənilən "Xəzər Lənkəran"la "Rəvan" sonuncuların meydanında üz-üzə gələcək. Bakılılar sonuncu olmamaq üçün ən azı heç-heçə etməlidirlər. Əyalət klubu isə qalib gəlib, xal hesabını rəqibinə çatdırsa, şəxsi oyunlardakı üstünlüyə görə son pillədən qurtulacaq.
 
Günün son iki matçı isə avrokuboklara sonuncu vəsiqənin sahibini müəyyənləşdirə bilər. Buna "Neftçi" ilə AZAL-ın qiyabi mübarizəsində aydınlıq gələcək.
 
"Sumqayıt"ın qonağı olan "Neftçi" cari mövsümkü "abunəçi"sinə uduzmasa, Avropa Liqasına vəsiqə üçün yetərli olacaq 6-cı yeri tutacaq. Bakılılar bunu məğlubiyyətlə də rəsmiləşdirə bilər. Amma bunun üçün paralel keçirilən görüşdə AZAL-ın xal itirməsi lazımdır. Əslində, sonuncuların çempionluq kuboku və qızıl medallarla təltif olunacaq "Qarabağ"ı ardıcıl 2-ci dəfə yenməsi də inandırıcı görünmür.
 
Lakin "təyyarəçilər" səfərdə, "Sumqayıt" evdə qələbə qazansa, AZAL yenidən 6-cı pilləni ələ keçirəcək. Bununla, Avropa Liqası şansı əldə edəcək bakılılar ölkə kubokunun finalını gözləyib, "Qarabağ"ın "Neftçi"ni yenməsini arzulayacaqlar.
 
Azərbaycan Premyer Liqası
XXXVI tur
20 may (cümə)

17:00. "Kəpəz" - "Qəbələ"
Mövsümün əvvəlki oyunları: 0:1, 2:1, 3:0
Gəncə şəhər stadionu

17:00. "İnter" - "Zirə"
Mövsümün əvvəlki oyunları: 0:0, 0:0, 1:2
"İnter Arena"

17:00. "Rəvan" - "Xəzər Lənkəran"
Mövsümün əvvəlki oyunları: 1:1, 0:1, 0:0
"Bayıl Arena"
 
19:00. "Sumqayıt" - "Neftçi"
Mövsümün əvvəlki oyunları: 1:2, 1:2, 0:1
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:00. "Qarabağ" - AZAL
Mövsümün əvvəlki oyunları: 2:0, 2:0, 0:1
"Azərsun Arena"

1

Qarabağ

35

25

6

4

63-21

81

2

Zirə

35

17

11

7

42-30

62

3

İnter

35

15

11

9

38-28

56

4

Kəpəz

35

15

11

9

48-39

56

5

Qəbələ

35

15

11

9

43-28

56

6

Neftçi

35

13

10

12

40-39

49

7

AZAL

35

13

7

15

26-35

46

8

Sumqayıt

35

8

12

15

39-48

36

9

Rəvan

35

5

8

22

25-61

17

10

Xəzər L

35

3

5

27

14-49

14

* - "Rəvan"ın hesabından 6 xal silinib.

Bombardirlər: Nelson Bonilla ("Zirə"), Dani ("Qarabağ") - 14.

Milli.Az