Dövlət Gömrük Komitəsi ilə BMT İnkişaf Proqramı arasında sənəd imzalanıb
6 Aprel 2011 16:25
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihə sənədini Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident nümayəndəsi Fikrət Akçura imzalayıblar.
"Azərbaycan Respublikasında gömrük xidmətinin təkmilləşdirilməsi" layihəsinin yeni mərhələsinin əsas məqsədi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi nəzdində Hədəf Mərkəzinin yaradılması işində DGK-ya dəstək verməkdir.
Milli.Az