Dahinin yazışmaları internetə çıxarılacaq

6 Aprel 2011 22:01
Milli.Az xəbər portalı "Times"ə istinadən bildirir ki, dahi fizik Albert Eynşteynin arxivi yaxın aylarda tamamən rəqəmsallaşdırılmağa başlanacaq. Proses bir il davam edəcək. Bundan sonra isə xüsusi yaradılmış saytda 80 mindən artıq sənədi oxumaq mümkün olacaq.

Londondakı Polonski Fondunun ayırdığı 500 min dollarlıq qrant sayəsində həyata keçirilən layihə Albert Eynşteynin 131 illik yubileyinə həsr edlilib.

Rəqəmsal formaya salınacaq sənədlər 1982-ci ildən bəri İsrailin Qivat-Ram şəhərindəki Yəhudi Universitetinin nəzdindəki Yəhudi Milli Kitabxanasında saxlanılır.

Milli.Az