Milyarderlər hansı şəhərləri sevir? - SİYAHI

8 Aprel 2011 07:24
Milli.Az xəbər portalı "Bloomberg"ə istinadən bildirir ki, "TheMarker" konsaltinq şirkəti "Citigroup Private Banking"in ən varlı müştəriləri arasında sorğu keçirib. Sorğunun nəticələrinə görə, milyarderlər hələ də daşınmaz əmlakı investisiyanın ən yaxşı forması hesab edirlər.
Bu onilliyin sonunadək inkişaf etməkdə olan ölkələr dünya arenasında əsas yer tuta bilərlər.

Sorğunun nəticələrinə görə, milyarderlər Mumbay, Şanxay və San-Paulu şəhərlərini daşınmaz əmlaka investisiyalar üçün daha perspektivli hesab edirlər.

Reytinqin liderləri isə Nyu-York, London, Paris və Tokiodur.

Milli.Az