Konqresmenə qanlı donuz ayağı göndərdilər
6 Aprel 2011 15:08
ABŞ-da respublikaçı konqresmen Piter Kinqə içində qanlı donuz ayağı olan barat (poçt bağlaması) göndərilib. Bu barədə Milli.Az xəbər portalı CBS-ə istinadən məlumat yayıb.
Barat Merilend ştatındakı Landover şəhərinin poçt idarəsində ələ keçirilib. ABŞ-ın hüquq-mühafizə orqanları və Poçt Xidmətinin bəyanatlarında bildirilir ki, hadisə ilə bağlı təhqiqata başlanılıb.
Məlumat üçün deyək ki, mart ayında Kinq, ABŞ-da İslamla bağlı keçirilən dinləmələrin təşəbbüskarı olub. Bu dinləmələrdə konqresmen, müsəlmanlara qarşı əsassız şübhələr və təqiblərə son qoyulmasını tələb edib, vəziyyəti radikallaşdırmaq istəyənləri pisləyib.
Milli.Az